RU
Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13:18
159

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq yayıb.

Bürodan 7NEWS.Az-a verilən məlumata görə, yanvarın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 04-də isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək, 04-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ