RU
Hava zərbələri davam edir
10:23
794

Hava zərbələri davam edir

Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri bombardmanlarını davam etdirir.

7News.az xəbər verir ki, prezident Mənsur Hadinin çağırışı ilə Husilərə qarşı əməliyyatlara başlayan səudlar ötən gün axşam saatlarında daha bir əyaləti darmadağın ediblər. Həccə vilayətində bazar ərazisinə endirilən zərbələr zamanı azı 41 nəfər həlak olub, 75 yəmənli yaralanıb. 

Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir. Koalisiya qüvvələrinin birləşmiş komandanlığı isə iddialarla razılaşmır.

Onlar bildirir ki, hava zərbələri ilə qiyamçıların qalası hesab edilən Həccədə terror yuvaları dağıdılıb.

Xatırladaq ki, Yəməndə hakimiyyətlə silahlı qarşıdurma 2014-cü ildən davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ