RU
Havay adalarında baş verən yanğında ölənlərin sayı 106-ya çatıb
13:13
28

Havay adalarında baş verən yanğında ölənlərin sayı 106-ya çatıb


ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 106-ya yüksəlib. Bundan əlavə, Mauidə keçən həftə başlayan yanğınlarla bağlı verilən məlumata görə, 3000-dən çox ev heyvanı hələ də itkindir.

7NEWS.az xəbər verir ki, Maui vilayət administrasiyasının səlahiyyətliləri həyatını itirənlərin təfərrüatlarını ictimaiyyətlə bölüşərək, yanğınlardan zərər çəkmiş ərazinin yüzdə 32-də axtarış işlərinin tamamlandığını bildirib. Böyük Ada və Maui adasında davam edən və tarixi Lahaina qəsəbəsini məhv edən meşə yanğınları nəticəsində ölənlərin sayının 106-ya yüksəldiyini bildirən səlahiyyətlilər, Mauidə şəxsiyyət təsbit işlərinə başladıqlarını açıqladılar.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ