Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
Bu barədə "Reuters" agentliyi ştatın qubernatoru Coş Qrinə istinadən məlumat yayıb.
Məlumata görə, yanğın ABŞ-də bir əsrdən artıq müddətdə baş vermiş bütün yanğınlar arasında ən çox insan itkisinə səbəb olub.
Daha əvvəl 80-ə yaxın öldüyü bildirilirdi.
Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.








