Türkiyədə 15 iyul çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində hadisələrin şahidi olan hərbi müdavimlər ifadə verib.
7News.az istinadən bildirir ki, Qülləli Hərbi Liseyin müdavimi Ş.Ş. ifadəsində komandirin mülki vətəndaşlara atəş açmaq əmri verdiyini deyib:
"Lisey komandiri, polkovnik Mürsəl Çıkrıkçı, haydı, aslanlarım, görüm sizi, önünüzə çıxanı vurun, dedi. Çıkrıkçı mülki vətəndaşların əllərini bağlayıb vəhşicəsinə döyürdü. Bizimlə bərabər, iki nəfər xüsusi təyinatlı da var idi".
Əsgər G.İ. isə ifadəsində kapitan Fərhad Bayarın məscidə hücum edərək xalqı təhdid etdiyini deyib:
"Sual verənləri avtomatın qundağı ilə vururdu. Sonra məscidlərdən "demokratiyaya sahib çıxın", anonsu gəldi. Kapitan Bayar və zabit Gökhan Ceren məscidə hücum edərək insanları oradan çıxarmağa başladılar. Kapitan Bayar və polkovnik-leytenant Ərdal Qılınc xalqa "xainlər, hamınızı öldürəcəyik", - deyə bağırırdılar"./axar.az
7News.az








