Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.
Bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib. O, bildirib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edilib.
E.Süleymanova qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır: “Hazırda araşdırmaların nəticəsini gözləyirik”.
Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir./azvision.az
7News.Az








