RU
Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb - Deputat
16:51
62

Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb - Deputat

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilib. Keçirilən bu iclaslar əlbəttə ki qarşılıqlı münasibətlərdə və iş birliyində daha da müsbət nəticələrin əldə olunmasına xidmət etmiş olur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.

Bunu 7news-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

"Azərbaycan həmçinin Avropanın enerji bazarında mövcudluğunu da genişləndirmək niyyətindədir. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanı da mövcuddur. Bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanları araşdırılır. Məqsəd isə ixracı maksimum səviyyəyə çatdırmaqdır. Cənab prezidentin də qeyd etdiyi kimi 2028-ci ildə "Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanması gözlənilir. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək”. 
Deputat qeyd edib ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəliklə bağlı olub. "Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə "ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışı gözlənilir. Bütün bu layihələrin reallaşacağı zaman dayanıqlılıq təmin olunmuş olacaq. Bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək imkan yaranacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ