RU
Hazırlıq başladı: İraq ordusu hücuma hazırlaşır
02:01
375

Hazırlıq başladı: İraq ordusu hücuma hazırlaşır

İraq ordusu Ramadi şəhərini İŞİD-dən geri almaq üçün hazırlıqlara başlayıb.

7news.az xəbər verir ki, İraq ordusunun general-polkovniki Osman Qənimi hücuma hazırlaşdıqları barədə bəyanat verib.

Qənimi Ramadini geri almaq üçün üçüncü mərhələyə başlayacaqlarını, bu dəfə şəhəri hər tərəfdən mühasirəyə alacaqlarını bildirib. O, Ramadidə olan bütün terrorçuların öldürüləcəyi mesajını verib.

Qeyd edək ki, öncədən İraq ordusu tərəfindən Ramadi sakinlərinə 72 saat ərzində şəhəri tərk etmələri barədə müraciət ünvanlanıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ