RU
HDP-çi vəkil erməni məhbusun qarşısında baş əydi – VİDEO
15:10
307

HDP-çi vəkil erməni məhbusun qarşısında baş əydi – VİDEO

HDP-li millət vəkili Qaro Paylan Türkiyənin Millət Məclisində etdiyi çıxışla diqqət çəkib.

7News.az xəbər verir ki, millət vəkili çıxışı zamanı bəzi erməni məhbusların şəkillərini göstərib, aqibətləri araşdırılması lazım olduğunu deyərək "hamısının qarşısında hörmətlə baş əyirəm” sözlərini əlavə edib.

Millət vəkilinin adını çəkdiyi erməni məhbuslardan biri də Karekin Pastırmacıyandır.

Bəs, Qaro Paylanın qarşısında hörmətlə baş əydiyi Pastırmaçıyan əslində kimdir?

Karekin 1896-cı ildə Osmanlı bankına qarşı yönələn bombalı hücumda iştirak edən bir terrorçudur. Hədəfi xalq arasında xaos yaratmaq idi və elə də oldu. Osmanlı bankının bombalanmasından sonra İstanbulda ermənilərə qarşı hücumlar başlayıb və çoxlu sayda insan hücumlar zamanı can verib. Xalq arasındakı xaosu fürsət bilən erməni terror təşkilatı Avropaya müraciət edərək yaranmış vəziyyətə müdaxilə edilməsini istəyib. Lakin Avropa ermənilərin bu çağırışını cavabsız qoyur.

Pastırmacıyanın hədəfi təkcə Osmanlı bankının bombalanması deyildi. Karekin 1905-ci illərdə Qafqazda ortaya çıxıb və azərbaycanlıların qətl edilməsində də iştirak edib.//musavat.com
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ