Xəbər verdiyimiz kimi, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün həbs edilib.
Xəbər verdiyimiz kimi, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün həbs edilib.
O,1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 2017-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.
2020-ci idə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib. Ailəlidir, iki övladı var.
Qeyd edək ki, 2013-cü ildə jurnalistlərə mənzillərin verilməsi zamanı 525-ci qəzetin redaktoru Rəşad Məcidlə Vüqar Səfərli arasındaki dialoq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Həmin videonu təqdim edirik: /Redaktor.az








