RU
Həbs olunan polkovnik Fəzail İbrahimlinin qudası deyil - AÇIQLAMA
11:54
1269

Həbs olunan polkovnik Fəzail İbrahimlinin qudası deyil - AÇIQLAMA

Bugünlərdə bir çox media orqanlarında "Həbs edilən MTN polkovniki deputatın qudası imiş" başlığı ilə yazı dərc edilmişdir. Yazıda qeyd olunurdu ki, Barəsində həbs qətiimkam tədbiri seçilən Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov Milli Məclisin üzvü Fəzail İbrahimlinin qudasıdır. 7News.az olaraq biz də öz növbəmizdə mənbəni göstərmək şərti ilə yazını dərc etmişdik. 

Bu dəqiqələrdə 7News.az-a daxil olan məlumata görə Milli Məclisin üzvü Fəzail İbrahimlinin barəsində həbs qətiimkam tədbiri seçilən Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovla heç bir qohumluluq bağlılığı yoxdur. Məlumatı ilk dərc edən mənbə artıq təkzib vermiş və məlumatın yalnış dərc olduğunu etiraf etmişdir. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ