RU
Həbsdə olan iş adamına bəraət verildi
20:52
724

Həbsdə olan iş adamına bəraət verildi

Azərbaycanda dələduzluqda, mənimsəmə və ya israf etmədə və vergi ödəməkdən yayınmada ittiham olunan iş adamı Müqayis Verdiyevə bəraət verilib.

Bu barədə report-a həmin şəxsin vəkili Adəm Məmmədov bildirib.

Bəraət barədə qərarı Gəncə Apelyasiya Məhkəməsi verib.

Goranboy rayonundan olan iş adamı Müqayis Verdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 213.1-ci (vergi ödəməkdən yayınma, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri üzrə cinayət işi başlanılıb. 2013-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay həbs cəzası verilib.

İş üzrə zərərçəkən qismində "Fəqan Xidmət" MMC göstərilirdi./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ