RU
Həbsdən HAKİMİYYƏTƏ: dəfələrlə tutulan, işgəncəyə məruz qalan DİKTATORLAR - FOTOLAR
15:55
690

Həbsdən HAKİMİYYƏTƏ: dəfələrlə tutulan, işgəncəyə məruz qalan DİKTATORLAR - FOTOLAR

Dünya diktatorları hakimiyyəti ələ almazdan öncə çox məşəqqətli həyat yolu keçiblər. Bəlkə də bu səbəbdən onlarda insanlığa nifrət yaranıb – dövləti özlərinə məxsus iş kabineti, ölümü isə əyləncə hesab ediblər. Hər halda belə insanların gənckən psixoloji sarsıntılarının olduğu bəllidir ki, bu da sonrakı idarəçilikdə özünü büruzə verib.

7News.az həbsdə olmuş diktatorları təqdim edir:

İosif Stalin (Sovet İttifaqı Kommunist Partiyasının baş katibi, 1922-1953) – 6 dəfə həbsdə olub. Bunlardan yalnız biri siyasi xarakterlidir. Qalanları isə quldurluğa, oğurluğa görə baş verib. Cuqaşvili inqilaba qoşulmazdan öncə Tiflis ətrafının ən tanınmış karvansoyanlarından sayılıb. Hətta Bakı neftxudalarına qədər gəlib çıxıb. Neft istehsalçıları bu quldurun bir gün onu da soyacağı qorxusu ilə yaşayırmışlar. "Yaradıcılığı”ının şah əsəri olaraq imperator I Nikolayın gəmisini talan etməsi olub. Elə qoçaqlığına, qəddarlığına görə Lenin onu yanına çəkmişdi.

Adolf Hitler (Faşist lideri, III Reyxin ilk kansleri, 1933-1945) – 1923-cü ildə Münxendə baş vermiş təxribata görə 1 il həbs cəzası çəkib. Amma hələ o vaxt böyük nüfuz sahibi olan Hitler qala-həbsxanada bəy kimi yaşayıb. Geniş hücrəsi, hər gün yanına gələn qonaqları və ləziz yeməkləri olub. Onun hücrəsini isə digər məhbuslar vaxtaşırı təmizləyirdi.

Fidel Kastro (Kuba lideri, 1976-2008) – 1953-cü ildə diktator Fulgeniko Batistanın hakimiyyəti dövründə Kubadakı kazarmaya hücumu zamanı həbs edilib. 15 illik həbs cəzası alarkən dediyi sözü sonralar aforizmə çevrilib: "Tarix özü mənə haqq qazandıracaq”. İki il sonra Batista yenidən ölkə rəhbəri seçiləndə bu 28 yaşlı gənci təhlükəsiz hesab etdiyi üçün amnistiyaya salır. Dörd ildən sonra isə həmin "təhlükəsiz gənc” hakimiyyəti devirir.

Nelson Mandela (Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, 1994-1999) – hakimiyyətin gözünün düşməni olan Mandela 1962-ci ildə həbs olunub. O, 1961-ci ildə fəhlələrin icazəsiz aksiyalarını təşkil etdiyinə görə ittiham edilib. Mandela ömürlük həbs cəzası alsa da 27 ildən sonra azadlığa buraxılıb. Amma elə həbsdə ola-ola məşhurluq qazanıb. Təkadamlıq hücrədə olarkən 6 aydan bir görüşə icazə verilirdi. Bu da əzmkar Mandelaya yetir. O, öz səsini dünyaya hayqıra bilir.

Uqo Çaves – (Venesuela prezidenti, 1999-2013) – 1992-ci ildə onun komandanlığı altında olan ordu Karakasda dövlət çevrilişinə cəhd edib. Onun həbsi canlı yayımlanıb. Çaves də bunu fürsət bilib bəyan edib ki, silahı ona görə təhvil verir ki, sadəcə bu dəfə çevriliş etmək alınmadı. Amma o və tərəfdarları mütləq hakimiyyət kürsüsünü bir gün ələ alacaq. Çaves sözünü tutur.//publika

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ