RU
Həbsi tələb olunan iranlı rejissor ölkəsinə geri döndü
12:50
27

Həbsi tələb olunan iranlı rejissor ölkəsinə geri döndü

Kann Film Festivalında "Qızıl Palma” mükafatını qazanan azərbaycan əsilli iranlı rejissor Cəfər Pənahi haqqında verilən həbs cəzası və davamlı təzyiqlərə baxmayaraq, ölkəsinə geri qayıdıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, rejissorun bu addımı beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Pənahi açıqlamasında vətəninə bağlılığını belə ifadə edib:

"Mənim yalnız bir pasportum var. Bu, mənim ölkəmin pasportudur və mən onu qorumaq istəyirəm. Mənim ölkəm nəfəs ala biləcəyim, yaşamaq üçün bir səbəb tapa biləcəyim və yaratmaq üçün güc tapa biləcəyim yerdir”.

Qeyd edək ki, uzun illərdir müxtəlif qadağa və təzyiqlərlə üzləşən rejissor buna baxmayaraq yaradıcılığını davam etdirir və beynəlxalq festivallarda uğurlar qazanır.
 
Xatırladaq ki,  tanınmış rejissor İrandakı dini rejimə qarşı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edilib. Onun barəsində 2 il qiyabi həbs verilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ