RU
Dəhşət! Həbsxanada iki məhbusu yedilər - VİDEO
16:28
524

Dəhşət! Həbsxanada iki məhbusu yedilər - VİDEO

Venesuelanın Taçira şəhərindəki həbsxanada məhbusların qiyamı zamanı iki məhbus öldürülərək yeyilib.

Bunu həlak olmuş məhbuslardan birinin atası Xuan Karlos Errera deyib.

"Həbsxanada qiyam yatırılandan bir neçə gün sonra həmin həbsxanaya yollandım. Orada məhbusların biri mənə dedi ki, o dəhşətli anları görüb. Oğlumu və daha bir məhbusu 40 nəfər tutmuşdu. Onlar oğlumla o biri məhbusu öldürdülər, sonra şaqqaladılar və ayaqlarından asdılar ki, qanları axsın. Sonda da məşhur adamyeyən və manyak qatil Dorangel Varqas cəsədləri parçalayıb ət tikələrini məhbuslara paylayıb. Tanrıya yalvarıram ki, oğlumu dəfn etmək və ağrısını azacıq azaltmaq üçün onun  heç olması bir tikəsinin mənə versinlər".

Yerli polisdəki mənbə iki məhbusun öldürüldüyünü təsdiqləyib: "Onları doğrayıblar, ətlərini başqa məhbuslara yedirtdilər. Sümüklərini isə gizlətdilər".

Venesuelanın Penitensiar Xidmətinin rəhbəri İrris Varela iki məhbusun yoxa çıxdığını təsdiqləsə də, hannibalizm faktından bixəbər olduğunu söyləyib.

Taçirdə sentyabrın 8-dəki qiyam zamanı məhbuslar 2 nəzarətçini və həbsxanaya gəlmiş 8 nəfəri girov götürmüşdülər.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ