27 yaşlı məhbus Mişel Şiolonun hamilə arvadı həbsxanada güllələnib. Olay Fransanın şimal-qərbindəki Normandiya vilayətinin Orn bölgəsində, Konde sür Sart şəhərindəki həbsxanada baş verib.
7News.Az AFP-yə istinadən bildirir ki, Şiolo ilə görüşə gəlmiş hamilə xanımı gizlicə ərinə keramik bıçaq verib.
Şiolo da həmin bıçağı alandan sonra "Allahu əkbər!" qışqırıb, görüş otağındakı nəzarətçilərə hücum çəkib. İki nəzarətçini bıçaqlayandan sonra otaqlardan birinə girib qapını arxadan kilidləyən M.Şiolo qışqırıb: "İŞİD üzvüyəm və təslim olmaq niyyətində deyiləm!"
Otağın qapısı sındırılanda Şiolo üzündən yaralanıb. O, tutulub. Bıçaq yaraları almış iki nəzarətçi artıq əməliyyat olunublar. Onların durumu stabildir.
Şiolo ilə görüşdə ona bıçaq vermiş hamilə arvadını isə polislər güllələyiblər.
27 yaşlı M.Şiolo adam oğurluğu, qətl, silahlı quldurluq və terrorizmi dəstəkləməkdə suçlanaraq həbs olunmuşdu. Həbsxanada daha da radikallaşsa da, onun terrorizmdə ittiham olunmuşlar üçün xüsusi bloka keçirməmişdilər.
Fransanın ədliyyə naziri Nikol Bellube yaşanan olayı terror hücumu kimi dəyərləndirib.


7News.Az








