Braziliyanın Rorayma əyalətindəki həbsxanada məhkumlar arasında toqquşma baş verib.
İki qruplaşma arasında qeydə alınan qarşıdurma zamanı 25 məhkum qətlə yetirilib. Onlardan yeddisinin başı kəsilib, altısı isə yandırılaraq qətlə yetirilib. Digərləri isə kəsici alətlərin qurbanı olub.
Bildirilir ki, toqquşma "məhkumlarla görüş” vaxtına təsadüf edib. Məhkumlar, həbsxanaya yaxınları ilə görüşə gələn 100 nəfəri girov götürüb. Lakin xüsusi təyinatlıların əməliyyatı nəticəsində onların hamısı azad edilib.
7News.az








