Meksikanın Kadereyta şəhərində, həbsxanada qiyam zamanı ölənlərin sayı artıb.
Bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata əsasən, Nuevo-Leon ştatının baş prokuroru Bernardo Qonzalez ölənlərin sayının 16-ya çatdığını söyləyib.
Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.
Buna kimi ölənlərin yalnız 13-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Hazırda prokurorluq qətllərlə bağlı 54 nəfər haqqında araşdırma aparır./qafqazinfo
7news.Az








