RU
Həbsxanada qiyam -30 ölü
18:13
363

Həbsxanada qiyam -30 ölü

Braziliyanın şimalında Boa-Vista bələdiyyəsinin həbsxanasında qiyam baş verib.

7News.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 33 məhbus öldürülüb.

Hökumət rəsmisinin məlumatına görə, vəziyyət nəzarət altındadır. Hazırda həbsxana ərazisində xüsusi əməliyyat batalyonunun döyüşçüləri var.

Hadisənin səbəbləri hələ açıqlanmayıb. Ekspertlər qeyd edirlər ki, gələcəkdə belə hadisələrin təkrarı gözləniləndir.

Qeyd edək ki, yanvarın 1-də Manaus (Amazonas ştatı) şəhərində ən böyük həbsxana qiyamlarından biri baş verib. Nəticədə 50-dən çox insan ölüb. Polisin məlumatına görə, narkotiklərlə ticarətə nəzarət edən qruplaşmalar arasında qarşıdurma qiyamın səbəbi olub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ