RU
Həbsxanadan qaçan məhkum binanın damında tutuldu - VİDEO
16:19
430

Həbsxanadan qaçan məhkum binanın damında tutuldu - VİDEO

Bina sakinlərinin "səslər gəlir" xəbərdarlığı ilə binanın damına çıxan polislər "sürprizlə" qarşılaşıblar.

7News.az Milliyet-ə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı günü, gecə saat 00.30 radələrində İstanbulda bir iş mərkəzinin damında baş verib.

Polis qrupları hadisə yerinə gəldiyi zaman damda 2 şəxsdin olduğunu görüb. Polislər hər iki şübhəlini tutaraq nəzarətə götürüblər. 

Şübhəlilərdən Nəcib A.-nın Silivri həbsxanasından qaçdığı, oğurluq və müxtəlif cinayətlərdə əli olduğu məlum olarkən, Fatih A.-nın oğurluqla bağlı axtarıldığı müəyyən edilib. Şübhəlilər məhkəməyə sövq edilib. Şübhəlilərdən Nəcib A. həbs olunarkən, Fatih A. isə məhkəmə nəzarət tələbi ilə sərbəst buraxılıb.

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:


Həbsxanadan qaçan məhkum binanın damında tutuldu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ