RU
Həbsxanadan qaçmış narkobaron Qusman yaxalanıb
01:20
446

Həbsxanadan qaçmış narkobaron Qusman yaxalanıb

Meksika hüquq-mühafizə orqanları məşhur narkobaron Xoakin Qusmanı yaxalayıb.

Bu barədə Meksika prezidenti Enrike Nyeto bildirib.
 
"Məqsədimizə çatdıq, biz onu yaxaladıq. Meksikalılara xəbər vermək istəyirəm ki, Xoakin Qusman Loera saxlanılıb", prezident özünün "Tvitter"ində yazıb.
 
Hadisənin təfərrüatları barədə hələ ki, heç bir məlumat verilmir.
 
Qeyd edək ki, Xoakin Qusman 2015-ci ilin iyununda həbsxanadan qaçmışdı./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ