RU
Həbsxanda Azərbaycan tütünündən gizli siqaret istehsalı
13:11
435

Həbsxanda Azərbaycan tütünündən gizli siqaret istehsalı

40 min qutu “Belamor”, 3 min qutu “Prima” və “Tambovski vojak” siqaretləri müsadirə edilib.

Rusiyanın Leninqrad vilayətinin prokuroru Stanislav İvanov “Yablonovka” həbsxanasında gizli siqaret sexi aşkarlanmasından qəzəblənib.

7News.Az “47news.ru”ya istinadən xəbər verir ki, gizli sexin xammalı - tütün Azərbaycandan gedirmiş.

Yanvar ayının 29-da koloniyaya desantlar gəlib. Sexin ərazisi min kvadratmetrə yaxın olub, orada “Belomorkanal” siqaretinin istehsalı üçün 10, “Prima” siqaretinin istehsalı üçün 5 dəzgah olub. İşçilər isə, təbii ki, həbsxana sakinləri, yəni dustaqlar idi.

40 min qutu “Belamor”, 3 min qutu “Prima” və “Tambovski vojak” siqaretləri müsadirə edilib.

Bundan başqa, 8 min saxta aksiz markası aşkar edilib. Siqaretlər üçün qablaşdırmaların həbsxanaya Veliki Novqoroddan, tütün isə Azərbaycandan gətirildiyi müəyyənləşdirilib. Yoxlama ilə İstintaq Komitəsi məşğul olur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ