RU
“Heç kim üçün darıxmadım”
11:53
8444

“Heç kim üçün darıxmadım”

Müğənni Ayan Babakişiyeva istirahət üçün İsrailə gedib. 

7News.Az
-ın məlumatına görə, ifaçı anası və qızını da özü ilə aparıb. A.Babakişiyeva səfərinin həm ziyarət, həm də ticarət olduğunu bildirib:

“Tel-Əvivdə qalırıq. Amma başqa şəhərləridə gəzməyə gedirik. Səfərimin əsas hissəsini hələ ki sirr saxlayıram. Sabah yolumuz Yerusəlimədir. Hər bir şəhərin tarixi məkanlarını dolaşırıq. Bu səfər həyatımda başqa bir iz qoydu. Sanki 16-cı əsrə döndüm. Özümü orta əsrdə yaşayan biri kimi hiss etdim. Bundan öncə də İsraildə olmuşam. Amma vaxt tapıb, bu qədər gəzmək nəsib olmamışdı. Sanki doğma məskənimdəymiş kimi özümü rahat hiss edirəm”.

Ayan Andromeda təpəsini də ziyarət etdiyini söyləyib:

“Ora müqəddəs yerdi. Əsl sevgi hissi yaşayanlar, mütləq ora baş çəkir. Mən də gözəl hisslər yaşadım. Bu səfərim yaddaqalan oldu. Ən əsası ailəm yanımda idi, heç kim üçün darıxmadım”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ