RU
“Heç kimin Türkiyəyə əmr etməyə haqqı yoxdur”
20:15
888

“Heç kimin Türkiyəyə əmr etməyə haqqı yoxdur”

“Heç kim Türkiyənin kimlə mübarizə aparacağına qarışa bilməz”.

Bu barədə Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çəlik ABŞ-ın Cerablusdakı əməliyyatlarla bağlı münasibətinə cavab olaraq bildirib.

“Bizim hansı terror qruplaşmasına qarşı mübarizə aparacağımıza və ya hansına fikir verməməyimizə heç kimin qarışmağa haqqı yoxdur”, - nazir söyləyib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqrek Türkiyənin Cerablus əməliyyatına münasibət bildirərək, İŞİD-in olmadığı bölgələrdə münaqişələrin qəbul edilməz olduğunu söyləyib.

Xatırladaq ki, Türkiyə “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 13 kəndi terrorçulardan azad edib. Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kəndi Azad Suriya Ordusu terrorçulardan təmizləyib./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ