Gələn ildən ziyarətçilərin peyvənd olub-olmaması yoxlanılacaq.
Builki Həcc ziyarəti zamanı 74 nəfər donuz qripinə tutulub.
7news.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin nümayəndəsi Əbdül Əziz Səid bildirib.
Onun sözlərinə görə, Həcc ziyarəti zamanı donuz qripinə tutulan 74 nəfərdən 9 dünyasını dəyişib.
Əbdül Əziz Qeyd edib ki, gələn ildən Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ziyarətçilərin mövsümü qripdən peyvənd olub-olmamasını yoxlayacaq.
7news.az








