Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı həyatını itirənlərin sayının 323-ü misirli olmaqla 577 nəfərə çatdığı bildirilib.
7NEWS.az xəbər verir ki, ərəb ölkələrindən olan iki diplomat həyatını itirən ən azı 323 nəfərin Misir vətəndaşı olduğunu bildirib. Mənbələrin məlumatına görə, yüngül izdiham zamanı aldığı xəsarətlərdən dünyasını dəyişən bir nəfər istisna olmaqla, onların hamısı istiliklə bağlı xəstəliklərdən dünyasını dəyişib.
7NEWS.az








