7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri bu il Həcc ziyarəti zamanı ən azı 1301 nəfərin öldüyünü, onların əksəriyyətinin şiddətli istidə uzun məsafələri piyada getmiş icazəsiz zəvvarlar olduğunu açıqlayıb. Dünyanın ən böyük kütləvi toplantılarından biri olan Həcc ziyarəti hər il milyonlarla insanı Səudiyyə Ərəbistanına gətirir. Kifayət qədər maddi imkana və fiziki gücə malik müsəlmanların həyatlarında bir dəfə etmələri tələb olunan bu səyahət ötən həftə rəsmən başa çatdı. Builki ziyarət havanın temperaturu bəzən 50 dərəcəni keçən isti dalğası zamanı baş tutub.
7NEWS.az








