Səudiyyə Ərəbistanının Məkkə şəhərindən acı xəbər gəlib.
Həcc ziyarəti üçün müqəddəs torpaqlara səfər edən 31 nəfər dünyasını dəyişib. Bu barədə məlumatı Səudiyyə Ərəbistanının "SPA" rəsmi xəbər agentliyi yayıb. Səudiyyənin baş pasport idarəsi həcc ziyarətinə gələn 31 turistin həlak olduğunu açıqlayıb. Hacıların ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib.
Məlumatda həm də deyilir ki, həcc ziyarətinə gələnlərin 614 min nəfəri hava yolu, 8 min nəfəri quru yolu və 487 nəfəri isə dəniz yolunu seçib.
Qeyd edək ki, ötən il 1.9 milyon nəfər həcc ziyarətində iştirak edib./olke.az
7news.Az








