RU
“Hekayələr ayrı olsa da Biz Birik”
14:05
654

“Hekayələr ayrı olsa da Biz Birik”

Region televiziyası daha bir yeniliyə imza atdı.

Azərbaycan tele-məkanında ilk və yeganə veriliş olan “Biz Birik” layihəsi start götürüb.

“Biz Birik” layihəsininin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, yeni layihənin şüarı belədir: “Hekayələr ayrı olsa da biz birik”.

Layihə fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını və tanıdılmasını özündə birləşdirir. Aparıcının da fiziki məhdudiyyətli olması və verilişi əlil arabasında aparması efir məkanında bir ilkdir. Amidin fikrincə, verilişin məhz bu şərtlər altında çəkilməsi fiziki məhdudiyyətli qəhrəmanlara bizim bir olduğumuz mesajını verir.

Layihənin əsas məqsədi əlliliyi olan insanların uğur hekayəsini təqdim etməkdir. O insanların ki, həyatda qarşılaşdıqları çətinliklərə, maneələrə baxmayaraq yorulmadan, dayanmadan, əzmlə, iradə ilə zirvəyə doğru addımlayırlar.
“Biz Birik” tele-layihəsi hər həftənin şənbə günü saat 22:00-da, təkrarı isə çərşənbə günü saat 22.30-da Region televiziyasının efirində yayımlanacaq.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ