Bu barədə azvision.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Onun sözlərinə görə, xəstə hazırda reanimasiyadadır.
"Vəziyyəti ağırdır. Onun yaşayıb-yaşamayacağı barədə danışmaq tezdir. Onun bu vəziyyətdən çıxması üçün 15 gün vaxt lazımdır”.
Qeyd edək ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb./big
İcmal.Az








