ABŞ-da 77 yaşlı həkimin şok əməlinin üstü açılıb.
7News.az xəbər verir ki, İndianapolis şəhərində yerləşən xəstəxananın baş həkimi Donald Kraynın qadın xəstələrinə qarşı qanunsuz əməli ifşa olunub. Belə ki, o, 50-yə yaxın xəstəsinə süni mayalanma zamanı həmin qadınların həyat yoldaşlarının sperması əvəzinə öz spermasından istifadə edib. Övlad sahibi olmaq üçün böyük çətinliklə qarşılaşan ailələr sözügedən klinikada baş həkimə müraciət etsələr də, onlar həkim saxtakarlığının qurbanı olublar.
Qalmaqallı hadisə övladından şübhələnən iki ailənin DNT testi etməsi nəticəsində ortaya çıxıb.
Onlarla uşağın bioloji atası olan həkim həbs olunub./big.az
7News.az








