RU
Həkim:
17:54
389

Həkim: "Əyri onurğa, burulmuş fəqərə 30 yaşında infarkta səbəb ola bilər"

Astmatiklərin 99 faizində onurğa əyri olur. Əyri onurğa, buruq fəqərələr siniri sıxdıqda ağciyərlərin oksigenlə təmin olunması pozulur və astmatik komponent başlayır.

7News.az xəbər verir ki, bu fikirləri açıqlamasında həkim-fizioterapevt Zaur Əliyev deyib.
O qeyd edib ki, astmatiklərin müalicə üsulu ilə sağalmadığı haqqında fikirlər doğru deyil: "Azərbaycanda astmatiklərin sağalmadığını deyirlər. Ancaq bu, düzgün deyil, onlar sağalır. Əgər hansısa şəxsin yuxarı döş nahiyəsində əyrilik, fəqərə burulması varsa təngənəfəslik, asmatik komponentlər yaranır. Ağciyərdə sinir təchizatının pozulması mədə və ürəkdə də problemlər yaradır. Xəstə ürək ağrısı şikayəti ilə həkimə gedir, ancaq yoxlayanda heç bir problemi ortaya çıxmır. Onurğada fəqərə burulub, sinir sıxıldığından ürəyə gedən sinir təchizatı pozulur. Bu da 30 yaşlarında insanın infarkt keçirməsinə gətirib çıxara bilər. Bir insanın niyə belə gənc yaşda infarkt olduğunun səbəbini isə demirlər".

Z.Əliyev bildirib ki, boyun fəqərəsindən çıxan üçlü sinirin problemləri göz qapağına, başın bir tərəfinə, qulağa, dişin dibinə, bir gözün zəif görməsinə səbəb ola bilər: "Hətta 6-7-ci boyun fəqərələrinin burulması nəticəsində insanın barmaqları uyuşur, qolu keyiyir. Fəqərələrin burulması nəticəsində zərər görən sinirlər böyrəklərə, qadın, kişi orqanlarına, ayaqlara, belə ağrılar, keyimələr verir. Bütün bu xəstəliklərin səbəbi onurğada olan problemlərlə bağlıdır. Təəssüf ki, bizdə xəstəliyi təbii yolla müalicə etməkdəndirsə, dərmana üstünlük verirlər. Dərmanla ağrını götürmək olar. Amma səbəb tapılıb müalicə olunmayıbsa, ağrılar yenə də başlayacaq". //report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ