RU
Həkimlər doğuş üçün tezdi dedilər, qız tualetdə ana oldu
15:36
1942

Həkimlər doğuş üçün tezdi dedilər, qız tualetdə ana oldu

İstanbulda bir qadın erkən doğum riski ilə xəstəxanaya yerləşdirilib. Qadın gecə saatlarında ağrılarının artıdığını desə də, həkimlər doğuş üçün tez olduğunu bildirib. Sadəcə ağrıkəsici dərman vermək ilə kifayətləniblər. 

Dərmandan sonra ağrıları daha artan qadın bir neçə saat sonra ayaqyoluna gedərkən doğuş başlayıb. 

Qadın hadisəni belə izah edib:”Gecə 01:30 olardı. Sancılarım artınca ayaqyoluna getdim. Qapını açanda uşağın başını əlimlə tutmağa çalışdım. Amma əlimdən sürüşərək yerə düşdü”.

Körpənin anası və atası bu hadisədən ötrü xəstəxanadan şikayət ediblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ