RU
Həkimlər ŞOKDA:
01:14
1528

Həkimlər ŞOKDA:

Türkiyənin İzmir şəhərində böyrəyindəki ağrılara görə, həkimə müraciət edən yeniyetmə oğlan bütün daxili orqanlarının əks tərəfdə olduğunu öyrənib.

18 yaşlı Gökhan Tirsi uşaqlıqdan ürəyinin sağ tərəfdə olduğunu desə də, ailəsi ona inanmayıb. Yalnız böyrək ağrısı şikayəti ilə həkimə gedəndə ürəyi ilə yanaşı digər orqanlarının əks tərəfdə yerləşdiyini öyrənib.

Onun ürəyi, mədəsi və dalağı sinə və qarın bölgəsinin sağında, qaraciyər və öd kisəsi isə solda yerləşir.

G.Tirsi orqanlarının yerinin dəyişik olmasının böyrəyindəki narahatlıqdan başqa həyatına təsir etmədiyini deyib. Buna baxmayaraq həkimlər ona pul kisəsində vəziyyətini ifadə edən bir kağız saxlamasını tövsiyə ediblər.

Həkimlər onun üzərində orqan nəqli əməliyyatı edəcəklərini deyiblər. Lakin ilk dəfə olaraq orqan başqasından deyil, insanın özündən-özünə köçürüləcək. Bu əməliyyatdan sonra isə o normal həyatına davam edəcək./publika

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ