RU
Həlak olan polis əməkdaşının hüzr mərasimi ​Lənkəranda da keçirilir
00:45
937

Həlak olan polis əməkdaşının hüzr mərasimi ​Lənkəranda da keçirilir

Lənkəran şəhərində noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı həyatını itirmiş polis serjantı, 1977-ci il təvəllüdlü Tağıyev Rəsul İsmayıl oğlunun hüzr mərasimi keçirilir.

Axşam saatlarında mərhumun doğulduğu Lənkəran şəhərinə qayıdan ailə üzvlərinə başsağlığı vermək üçün çoxlu sayda insan gəlib.
Mərasimə rayon Polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti də qatılıb. Qeyd olunub ki, həyatını itirən polis əməkdaşları dövlətçiliyin müdafiəsi yolunda canlarını fəda ediblər. Onların ruhuna dualar oxunub.
Ağır atletika üzrə Avropa çempionu Rəsul Tağıyev üç övlad atası idi. II Fəxri xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşını Azərbaycan prezidenti İlham Əliyev ölümləridən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib./report

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ