RU
Hələ belə uğursuz evlilik təklifi olmamışdı - Qorxu və stresdən sonra, sevinc gözyaşları... - VİDEO
12:20
262

Hələ belə uğursuz evlilik təklifi olmamışdı - Qorxu və stresdən sonra, sevinc gözyaşları... - VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

7News.Az Milli.Az-a istinadla xəbər verir ki, videoda oğlanın sevdiyi qıza qeyri-adi formada evlilik təklif etməsi əks olunub.

Rusiyada çəkildiyi deyilən görüntülər sosial şəbəkələrdə, xüsusən də Tvitter-də minlərlə dəfə paylaşılıb. Videonun qəhrəmanı və ideyanın sahibi isə kəskin şəkildə qınanılıb.

Belə ki, terrorçu geyimində əli silahlı şəxslər cütlüyün olduğu avtomobilin qarşısını kəsərək onları maşından düşürüb, başlarına silah dirəyiblər.

Bir neçə dəqiqəlik qorxulu anlardan sonra oğlan qıza evlilik təklifi edib. Hər şeyin ssenari olduğunu bilən qız gözyaşlarına hakim ola bilməyib.

 

7News.Az maraqlı görüntüləri təqdim edir:

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ