“Həll edilməmiş münaqişələr ekstremist qruplara şərait yaradır. Biz münaqişələrin həllinə çalışmalıyıq. Hələ də gec deyil, nəzərdə tutduğumuz hədəflərə nail ola bilərik”.
7News.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində baş tutan “Zorakı ekstremizmə qarşı platforma və tərəfdaşlıq” adlı panel müzakirəsində çıxışı zamanı Azırbaycanın xarci işlər naziri Elmar Məmmədyarov bildirib.
“Təsəvvür edin, Binanın təməli sağlam deyilsə, o bina uzunömürlü ola bilməz. Zorakı ekstremizmə qarşı birgə mübarizə aparmalıyıq, ümumi təşəbbüslər naminə əməkdaşlıq etməliyik. Davamlı inkişaf bizlər üçün prioritet olmalıdır. Prezident İlham Əliyevin səyi nəticəsində ölkə xeyli inkişaf edib, zorakı ekstremizmə, terrora qarşı mübarizə aparılır”, - deyə XİN rəhbəri bildirib.
Nazir bildirib ki, Azərbaycan 20 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir və Azərbaycan da terorizmə qarşı mübarizə aparan bir ölkədir.








