Çempionlar Liqasının qrup mərhələsində "Lion”la oyunda möhtəşəm çıxışı ilə diqqət çəkən Canluici Buffon "Yuventus”un üç xal qazanmasında böyük pay sahibi olub.
7News.az-ın məlumatına görə, oyun boyu bir neçə qurtarışlar edən 38 yaşlı qapıçı matçın 35-ci dəqiqəsində penaltini dəf edib.
O, qalib gəldikləri qarşılaşmadan (1:0) sonra İtaliya mətbuatına açıqlama verib: ''İnsanlar mənim cənazəmi təşkil edə bilər. Amma mən hələ ölməmişəm. Həftə boyu bir çox tənqidlərlə üzləşdim. Bunlardan yalnız biri doğru idi: ''Buffondan daha çox şey gözləyirk”. Bəli, bu düzdür. Çalışmaq lazımdır”.
Qeyd edək ki, Buffon DÇ-2018-in seçmə mərhələsində İspaniya ilə oyunda kobud səhvə yol vermişdi. Bu səhv nəticəsində ispanlar 1:0 hesabı ilə qalib gəlmişdi.