RU
Hələb hadisələrini izləyən İbrahim Tatlıses: “Bu siyasətə, müharibəyə səbəb olan siyasətçilərə lənət olsun!”
22:50
392

Hələb hadisələrini izləyən İbrahim Tatlıses: “Bu siyasətə, müharibəyə səbəb olan siyasətçilərə lənət olsun!”

ürkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses Suriyanın Hələb şəhərində baş verən dəhşətli görüntülərə səssiz qala bilməyib.
 
Müğənni xəbərlərdə Hələb şəhərində baş verən dəhşətli görüntüləri sosial şəbəkədə paylaşıb. İnstagram səhifəsində paylaşdığı fotonun altında bildirib ki, xəbərləri izləyərkən ağlamaqdan gözləri qan çanağına dönüb.
 
"17 il əvvəl Hələb şəhərində konsert vermişdim. İndi oranı xəbərlərdə izləyəndə ciyərlərim parçalanır. Qucağında körpəsi qaçan atalar, yaralaraq iniltilər içində can verən körpələr. Ürəyim partlayır. Gözlərim ağlamaqdan qan çanağına dönüb. Körpələri bu vəziyyətdə izləyəndə qızım Elif gözümün önünə gəlir. Bu siyasətə, müharibəyə səbəb olan siyasətçilərə lənət olsun! Onların öz uşaqları belə halda olsa necə olardılar?”, - deyə İbrahim Tatlıses etiraz səsini bildirib./olke.az
 
7news.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ