RU
Hələb sakinləri edam edilir - FOTO/VİDEO
05:20
434

Hələb sakinləri edam edilir - FOTO/VİDEO

Suriyanın şimalında Əsəd ordusu və İranın şiə milisləri müxalifətdən aldığı ərazilərdə yerli sakinlərə işgəncə verir, məhkəməsiz edam edirlər.

Publika.az xəbər verir ki, işgəncə faktına dair foto və video-görüntülər yayılıb.

Firdevs və Kellese kəndlərində onlarla mülki şəxs öldürülüb. Şahid Mahmud Şeyx bildirib ki, şiə milisləri 4 qadını və 9 uşağı diri-diri yandırıb. 67 kişi yerindəcə güllələnib.

Əsəd rejimi və şiə milisləri 5 aya yaxındır ki, Hələbi mühasirədə saxlayır. Son aylar şəhərdə 991 mülki şəxs öldürülüb, minlərlə insan yaralanıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ