Hələb əyalətində silahlıların avtobusu atəşə tutması nəticəsində 10 suriyalı hərbçi həlak olub.
Bu barədə Suriya Ərəb Respublikasında Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Oleq Juravlev bildirib.
O, qeyd edib ki, terrorçular Suriya hərbçilərinin olduğu mikroavtobusu Ancara qəsəbəsində atəşə tutublar. Hücum nəticəsində daha 12 əsgər yaralanıb.
Bundan əlavə, Juravlev əlavə edib ki, Tamura rayonundan olan terrorçular tərəfindən Bakdina qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə minaatanlardan hücumlar nəticəsində Suriya ordusunun bir əsgəri yaralanıb./report
7NEWS.Az








