Suriyanın Hələb şəhərinin Xan Tuman bölgəsində müxalif Əhrarur Şam və Nüsrə Cəbhəsi qruplaşmalarının apardığı əməliyyatlar nəticəsində iranlı general Məcid Xan girov götürülüb.
Xan Tuman bölgəsində Hələb-Sarakin yolu uğrunda gedən döyüşlərdə müxalif qruplaşmalar böyük üstünlük əldə edib.
Fəth Ordusunun tabeliyində döyüşən müxalif Əhrarur Şam və Nüsrə Cəbhəsi qruplaşmaları İranın dəstək verdiyi Fatimuyn Tuqaylarının 90 döyüşçüsünü məhv edib.
Bildirilib ki, şiddətli döyüşlər zamanı müxaliflər Fatimuyn Tuqaylarına aid 3 tank və 2 zirehli texnika ələ keçirib. Həmçinin İran İslam İnqilabi Keşikçiləri Korpusunun generalı Məcid Xan da girov götürülüb.
Qeyd edək ki, dünəndən etibarən Hələbin cənubunda Rusiya və İranın dəstəyi ilə Bəşər Əsədə sadiq qüvvələrlə müxalif qruplaşmaların birləşdiyi Fəth Ordusu arasında atışmalar davam edir.
7news.az








