RU
Hələbdən İrana ağır zərbə
22:35
521

Hələbdən İrana ağır zərbə

Ötən gün Suriyanın Hələb şəhərində davam edən atışmalar vaxtı İranlı hərbçi öldürülüb.
 
Öldürülən hərbçi İran İnqilabı Keşikçilərinə bağlı "Tedmur" məhvetmə taborunun komandiri olub.
 
Həsən Əkbəri adlı komandirin Hələbin şərqindəki atışmalar vaxtı top mərmisi dəyməsi nəticəsində öldüyü bildirilir. Məlumata görə, Həsən Əkbəri 1980 - 1988-ci illərdə baş vermiş İran - İraq müharibəsi veteranı olub.
 
Qeyd edək ki, Suriyada 5 ildir davam edən vətəndaş müharibəsində Bəşər Əsədə hərbi dəstək verən İranın bu döyüşlərdə 15 nəfəri general olmaqla çox sayda hərbçisi dünyasını dəyişib./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ