RU
Hələbə görə Rusiya və İran səfirləri XİN-ə çağırıldı — İngiltərədə
01:20
446

Hələbə görə Rusiya və İran səfirləri XİN-ə çağırıldı — İngiltərədə

Rusiya və İranın İngiltərənin London şəhərində fəaliyyət göstərən səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunublar.
 
Bu barədə məlumatı İngiltərənin xarici işlər naziri Boris Conson sosial şəbəkədəki səhifəsində yayıb.
 
Nazir yazdığı mesajda, Hələb barədə hiss etdiyi təşvişi ifadə etmək üçün səfirləri nazirliyə dəvət etdiklərini qeyd edib.
 
"Hələb məsələsindəki qayğılarımı çatdırmaq üçün Rusiya və İranın səfirlərini dəvət etdim. Mülki əhalinin müdafiəsi və humanitar yardımın çatdırılması çox əhəmiyyətlidir." - deyə nazirin mesajında bildirilir./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ