RU
Hələbə hava hücumu - Azı 25 ölü
10:35
392

Hələbə hava hücumu - Azı 25 ölü

Suriyanin Hələb şəhəri yer üzündən silinmək üzərədir. 

7news.Az-ın məlumatına görə, xarabalığa çevrilən bu ölkənin ikinci ən böyük şəhəri yenidən bombalanıb. Müxalif silahlıların iddialarına görə, Rusiyaya məxsus hərbi təyyarələr onların mövqelərinə növbəti dəfə aviazərbələr endirib. Təkcə ötən gün Hələbin raket atəşinə tutulması nəticəsində aralarında dinc sakinlərin də olduğu azı 25 nəfər həlak olub. Hava hücumu nəticəsində xeyli sayda yaşayış binası yerlə bir olub. Dağıntılar altında bir neçə nəfərin qaldığı güman edilir. Bu arada, quru əməliyyatlarına fasilə verməyən Suriya ordusu Hələbin bir neçə qəsəbəsini ələ keçirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ