ABŞ-nin Florida ştatının sahillərinə çatan "Helen” qasırğası ilkin təsbitlərə görə 3 nəfərin ölümünə səbəb olub.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, qasırğa Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub.
Bölgədə güclü külək və yağışlara səbəb olan ilkin məlumata görə Florida ştatında 3 nəfər ölüb.
Səlahiyyətlilər qasırğanın Corciya və Şimali Karolina ştatlarında tornadolara səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.
7News.Az








