7NEWS.az xəbər verir ki, ABŞ-ın Florida ştatına çatan Helene qasırğası bir nəfərin ölümünə səbəb olub. ABŞ prezidenti Co Bayden insanlara "Hər kəsi yerli hakimiyyət orqanlarına qulaq asmağa və evakuasiya xəbərdarlıqlarına əməl etməyə çağırıram" deyib. Onun sözlərinə görə, sürəti saatda 225 kilometrə çatan qasırğanın buradan Tennessi vadisinə doğru hərəkət edəcəyi gözlənilir.








