Nepalın Everest dağı bölgəsində 6 nəfəri daşıyan helikopterlə əlaqənin kəsildiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Everest Zirvəsindən paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterdə bir pilot və 5 xarici turist olub. Rəsmilər əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterin uçuş marşrutunda dəyişikliklər edildiyini bildiriblər. Təmasları kəsilən helikopterdəki 6 nəfərin axtarışına başlanılıb.
7NEWS.az








