Türkiyəli müğənni-aktrisa Hülya Avşarın bacısı Helin Avşar tez-tez iş yerini dəyişməsi, gecə həyatı, yaşadığı eşq macəraları ilə gündəmdən düşmür. O, yerli mətbuata şəxsi həyatından danışıb.
- Nə baş verir, niyə yumurtalıqlarınızı dondurdunuz?
- Bədənimin əzələli olması üçün dərmanlar qəbul edirdim. Onları istifadə etmək zərərlidir. İnsanların hormonlarını məhv edir. Son illər qidalarımız və yaşadığımız müxtəlif stresslər ucbatından problemlər yaşayırıq. 22 yaşında belə sonsuz olanlar var. Sabah nə olacağı bəlli deyil.
- Bəs niyə uşaq sahibi olmursunuz?
- Qarşıma ailə qura biləcəyim biri çıxmayıb. İki dəfə çox ciddi münasibətdə oldum, amma qismət deyilmiş. Əslində, ən böyük səhvim yaxşı dost olmağımdır. Evlənə biləcəyim tərzdəki insaların hamısı ilə dost olmuşam.
- Yumurtanın dondurulmasını haradan eşitdiniz?
- Genekoloqumdan.
- Necə olur bu proses?
- Ən az bir ay nəzarətə götürülürsən. Bu müddətdə hər gün qarnıma 3 iynə vururdular. Sonra hormonlar şişir və əməliyyatla yumurtalar çıxarılır. Ailə quranda isə ərin sperması ilə birləşdirib yenidən bədəninizə vururlar. Ailə qurmadan yumurtaların spermlərlə birləşdirilməsi qadağandır.
- Neçə yumurta dondurmusunuz?
- Ötən il iki bu il isə daha səkkizini dondurtmuşam. Yəni soyuducuda 10 uşağım məni gözləyir!
- Bəs o kişilərə nə oldu?
- Çoxu gey çıxdı, qardaşım! Ən nifrət etdiklərim də seçimlərini gizli yaşayanlardır.
- Sevgililəriniz arasında mavi olanı var idi?
- Hamısına aid deyil, ancaq birindən şübhələndim. Oğlan ilə tutmadım, amma qadınlar hiss edirlər. Yalanı sevmirəm. Kişilərin içlərində bu qədər qadın hormonu daşıdıqlarını bilmirdim. Bu il çox gördüm.
- Evlənməyə adam qalmadı?
- Ata-analarımızın zamanındakı evliliklər qalmayıb. Heç kimin heç kimə hörməti yoxdur.
- Dizayner, müxbir, aparıcı, aktrisa… özünüzə peşə tapa bilmirsiniz?
- Xeyr, sadəcə, bacardığım bütün işləri eləmək istəyirəm. Əslində, adamların danışdıqları kimi o qədər də tez-tez peşəmi dəyişdirmirəm.
- Yaxşı, bəs vizit kartı hazırlasanız nə yazacaqsınız?
- Vizitkam var və dizayner yazılır. İndi saytım hazırlanır. Həm öz hazırladığım geyimlər, həm də brend markalar olacaq.
- 35 yaş yolun yarısıdır deyirlər. Sizdə nələr dəyişdi?
- İş həyatını çoxlu səhvlər edərək öyrəndim. Yetkinləşdim. Əvvəllər o klub sənin, bu klub mənim gəzirdim. İndi sakitliyi sevirəm. Kişilərlə bağlı düşüncələrim də dəyişib. Əvvəllər yaraşıqlı kişiləri sevirdim. İndi isə danışanda mənə bir şey verə biləcək, heç olmasa iki kitab oxumuş birini istəyirəm. İdmanla məşğul olması mütləq lazımdır. Sevgilimin birindən idmana görə ayrıldım.
- Neçə dəfə aşiq oldunuz?
- Bir dəfə aşiq oldum. O, da katolik idi. Bu səbəbdən münasibətimiz alınmadı. Onlar başqa dindən olanla evlənmirlər. Mən isə dinimi heç vaxt dəyişmərəm.
- Özünüzü seksual sayırsınız?
- Onsuz da özümü gözəl yox, seksual sayıram. Bunu gözlərimə və baxışlarıma əsasən deyirəm.
- Hülya Avşarın bacısı olmağınızın müsbət və mənfi cəhəti nələrdir?
- Bəzi bacılar arasında qısqanclıq olur. Bizdə isə bunlar yoxdur. Bacımla fəxr edirəm. Hülya çox yaxşı, amma sərt bacıdır.
7news.az

















