RU
Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı brifinq keçirəcək
09:40
408

Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı brifinq keçirəcək

Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.

Bu barədə komissiyanın saytında məlumat verilib.

"ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu” adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ